Rusiyaya qarşı sanksiyaların yumşaldılması müəyyən şərtlər nəzərə alınmaqla, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar çərçivəsində baş verə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio deyib.
“Birləşmiş Ştatlar, məsələn, Ukrayna münaqişəsinin həlli, sanksiyalar və onların yumşaldılması imkanlarının müzakirəsi kimi danışıqlarda iştirak etdikdə bu prosesin bir hissəsi ola bilər. Bir şərtlə ki, bunun üçün əlverişli şərait olsun”, – Rubio bildirib.