ABŞ Ukraynaya silah tədarükünü dayandırmaq barədə siyasi qərar qəbul etməyib, sadəcə ehtiyatlara yenidən baxılıb və Kiyevə yardıma müvəqqəti fasilə verilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Malayziyanın paytaxtı Kuala-Lumpurda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra bildirib.
“Ukraynaya silah tədarükünü dayandırmaqdan söhbət getmir, sadəcə tədarüklərə yenidən baxmaq üçün müvəqqəti fasilə verildi”, – deyə Rubio qeyd edib.
Cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında Kuala-Lumpurda danışıqlar baş tutub. RIA Novostinin məlumatına görə, görüş 50 dəqiqə davam edib.