Rubio: ABŞ və Rusiya arasında 3 il ərzində heç bir ciddi təmas olmayıbbackend

Rubio: ABŞ və Rusiya arasında 3 il ərzində heç bir ciddi təmas olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya arasında Ər-Riyadda baş tutan görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, üç ilə yaxındır ki, ölkələr arasında ciddi təmaslar olmayıb.

NOCOMMENT.az xəbər verir ki, diplomatın sözlərini RİA Novosti yayıb.

Rubio bildirib ki, Ər-Riyaddakı danışıqlar gələcəkdə qarşılıqlı əlaqələrin əsasını qoyub.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.