ABŞ dövlət katibi Marko Rubio bildirib ki, cümə axşamı Rusiya nümayəndələri ilə keçirilən görüş zamanı Ukrayna ilə bağlı əvvəllər səsləndirilməmiş təkliflər təqdim olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Bundan əvvəl Rubio qeyd etmişdi ki, ABŞ Ukrayna münaqişəsinin sona çatdırılması üçün bir “yol xəritəsi” görmək istəyir.
Cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda amerikalı həmkarı Rubio ilə danışıqlar aparıb. RİA Novosti-nin məlumatına görə, Kuala-Lumpurda danışıqlar 50 dəqiqə davam edib.