ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı telefon danışığından sonra bildirib ki, Moskva Ukraynada atəşkəsə dair tələbləri özündə əks etdirən sənəd üzərində işləyir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.
“Bir neçə məsələni müzakirə etdik. O mənə izah etdi ki, Rusiya atəşkəslə bağlı tələblərini əks etdirən sənəd hazırlayacaq. Bu sənəd gələcəkdə daha genişmiqyaslı danışıqlara yol aça bilər”, – deyə Rubio bildirib.