ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatların dayandırılmasına və “ciddi danışıqlara” gedəcəyinə ümid edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
“Ümid edirəm ki, sabah xəbər bizə onların atəşkəsə razılaşdıqlarını və ciddi danışıqlara başladıqlarını deyəcək”, – Dövlət Departamentinin rəhbəri bildirib.