ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp və Prezident Vladimir Putin görüş keçirməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Rubio görüşün baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti dialoqa açıqdır. Bununla belə, o vurğulayıb ki, görüş konkret mövzu ətrafında olmalı və məhsuldar nəticə üçün müəyyən irəliləyiş əldə edilməlidir.
Rubio həmçinin qeyd edib ki, hazırda Rusiya tərəfindən irəli sürülən sülh şərtləri ilə Ukraynanın razı ola biləcəyi mövqe arasında ciddi fərq qalmaqdadır.
O vurğulayıb ki, danışıqlar prosesi ərzində ilk dəfə olaraq Rusiya tərəfinin münaqişənin həlli və hərbi əməliyyatların dayandırılması üçün nə tələb etdiyinə dair “az da olsa bir anlayış” formalaşmağa başlayıb.