ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna danışıqları prosesinin gələcəyi tərəflərin “vədlərinə əməl etmək” istəyi ilə müəyyənləşəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, qarşıdakı həftələr bunu göstərəcək.
Rubio həmçinin, “İnterfaks”ın qeyd etdiyi kimi, Ukrayna münaqişəsinin həllinin asan olmayacağını və tərəflərin güzəştə getməli olacağını bildirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki dövlət başçıları arasında görüşlərin təşkilinə həsr olunub.