Rubio: Ukrayna münaqişəsi hərbi yolla həll edilə bilməz, danışıqlar lazımdırbackend

Rubio: Ukrayna münaqişəsi hərbi yolla həll edilə bilməz, danışıqlar lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynadakı münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qəbul edir.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bu böhranın hərbi həlli yoxdur. Bu, danışıqlarla başa çatmalıdır”, – Rubio vurğulayıb.

O, həmçinin qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri Ukraynaya təhvil verməyi planlaşdırdıqları “Patriot” zenit sistemlərinin çatışmazlığı ilə üzləşiblər.

“Hətta NATO ölkələrində kifayət qədər Patriot sistemləri yoxdur. Biz onları kifayət qədər sürətli istehsal edə bilmirik”, – senator etiraf edib.

Onun fikrincə, Rusiya “haqqı olmayanı” tələb edir, Ukrayna isə “zorla əldə edə bilməyəcəyini” geri qaytarmağa çalışır.