Rubio: Ukraynada sülh mürəkkəb, gərgin diplomatiya tələb edəcəkbackend

Rubio: Ukraynada sülh mürəkkəb, gərgin diplomatiya tələb edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada sülhə nail olmaq mürəkkəb və gərgin diplomatiya tələb edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

ABŞ dövlət katibinin sözlərinə görə, Ukraynada sülhə nail olmaq o zaman mümkün olacaq ki, hər iki tərəf öz mövqelərini bir qədər yumşaltmağa razı olsun.

“Bunlar çətin və gərgin diplomatiya və müəyyən müddət ərzində qapalı otaqlar vasitəsilə baş verməli olan şeylərdir”, – deyə o vurğulayıb.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.