Rubl sürətlə niyə bahalaşır? – 3 SƏBƏBbackend

Rubl sürətlə niyə bahalaşır? – 3 SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İxracatçıların böyük valyuta satışı, yüksək faiz dərəcələri və geosiyasi gərginliyin azalacağına ümidlər səbəbindən rubl hazırda dollar qarşısında möhkəmlənir.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Renessans Capital-ın analitik şöbəsinin rəhbəri və baş iqtisadçısı Oleq Kuzmin məlumat verib.

İqtisadçı rublun dollar qarşısında 150-ə doğru gedə biləcəyi ilə bağlı sualı cavablandırarkən belə bir enişin böyük ehtimalla baş verməyəcəyini bildirib.

“Bəli, rubl üçrəqəmli rəqəmə düşməyə başlayacaq, lakin ilin orta məzənnəsi çətin ki, 103-dən aşağı olsun – təbii ki, neftin hazırkı qiymətlərini nəzərə alsaq”, – Kuzmin bildirib.

Bundan əvvəl, “Alfa-Forex”in müştərilərə dəstək və satış şöbəsinin rəhbəri Aleksandr Şnayderman bildirmişdi ki, 2022-ci ilin fevral ayının sonundan etibarən rubl bütün aparıcı dünya valyutalarına nisbətdə ucuzlaşıb: rubl ABŞ dollarına nisbətdə 23%, avroya qarşı 12%, yuana qarşı isə cəmi 5,8% ucuzlaşıb.