Rumıniya müxalifəti prezident postunun boş elan edilməsini tələb edirbackend

Rumıniya müxalifəti prezident postunun boş elan edilməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada S.O.S Klaus İohannisin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ölkə prezidenti postunun vakant kimi tanınması tələbi ilə Respublika Konstitusiya Məhkəməsinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bunu müvafiq sorğunu imzalayan partiyanın sədri Diana Şoşoake bildirib.

S.O.S müraciətində qeyd olunur ki, prezidentin səlahiyyət müddəti and içdiyi andan hesablanır və düz beş ildir. Bu müddətdən artıq hər hansı bir dövlət başçısı vəzifəsində qalmaq, Əsas Qanunla qadağan edilən üçüncü müddətin başlanğıcı sayılır.

Partiya eyni zamanda Konstitusiya Məhkəməsinə də analoji müraciətin başlanması xahişi ilə parlamentin Senat və Deputatlar Palatasının sədrlərinə müraciət edib.