Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyə hazırdırbackend

Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Ukraynaya Patriot zenit-raket komplekslərinin (SAM) göndərilməsi məsələsini müzakirə etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenlə görüşdən sonra Rumıniya Prezidenti Klaus İohannis deyib.

“Mən nə təklif edə biləcəyimizi başa düşmək üçün bunu Ali Müdafiə Şurası ilə müzakirə etməliyəm. Rumıniyanın hava hücumundan müdafiəsiz buraxılması qəbuledilməzdir”, – İohannis bildirib.

Ağ Evdəki görüşdən sonra Bayden ABŞ qoşunlarını Rumıniyada yerləşdirməyə və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək öhdəliyinə görə İohannisə təşəkkür edib.