Rumıniya ərazisində Ukrayna sərhədinə yaxın yerdə daha bir pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Yonuç Moştyanu Varşava Təhlükəsizlik Forumu çərçivəsində məlumat verib.
“Biz bu gün daha bir (PUA) tapdıq. Mən buna dair məlumatı indi aldım”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, vurulmuş dron Dunay çayının deltasından tapılıb. Moştyanu çıxışı zamanı insidentə görə Rusiyanı günahlandırıb.