Rumıniyada NATO hərbi təlimləri keçiriləcəkbackend

Rumıniyada NATO hərbi təlimləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya 8-21 aprel tarixlərində NATO-nun “Dəniz Təlimi 24” (“Sea Shield 2024”) beynəlxalq təlimini keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rumıniya ilə yanaşı, Şimali Atlantika Alyansına üzv və tərəfdaş olan 12 ölkə (Bolqarıstan, İngiltərə, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) iştirak edəcək.

Təlimlərdə 135 hərbi texnikadan (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və dəniz gəmisi) istifadə edəcək 2,2 min hərbi qulluqçu iştirak edəcək. Ordu Qara dənizdə, sahilyanı bölgədə, Dunay çayı və onun deltasında, dəniz və çaylarda qanunsuz fəaliyyətlərlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış-xilasetmə, təhlükədə olan gəmilərə köməklik göstərməyə hazır olacaq.