Rumıniyanın yeni prezidentinin adı məlum oldubackend

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada keçirilən prezident seçkisinin ikinci turunda Buxarest meri, müstəqil namizəd Nikuzor Dan qalib gəlib.

Qeyd edək ki, N.Dan Rumıniyanın NATO və Avropa İttifaqının üzvlüyünün qorunub saxlanmasının və ABŞ ilə strateji əməkdaşlığın tərəfdarıdır.

NOCOMMENT.az bildirir ki, Avropayönlü müstəqil namizəd Rumıniya siyasətçilərini Avropa İttifaqı ilə münasibətlərdə passivlik göstərməkdə günahlandırıb. Yeni prezident hesab edir ki, hökumət Şengenlə bağlı mürəkkəb proseduru asanlaşdırmaqda maraqlı deyil.

N.Dan Rusiya ilə münaqişədə Ukraynaya dəstək verib, Rusiyanı aqressiv qonşu adlandırıb.

©oxu.az