Rus deputat Putindən müharibəni saxlamağı tələb etdibackend

Rus deputat Putindən müharibəni saxlamağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Primorsk diyarının Qanunvericilik Məclisinin bir qrup deputatı Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

NOCOMMENT xəbər verir ki, Rusiyanın Kommunist Partiyasından olan dörd deputatın müraciətini regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.

İclasın moderatoru deputata mane olmağa çalışsa da, Leonid Vasyukeviç tələbini səsləndirə bilib.

L.Vasyukeviçin sözlərinə görə, region hökuməti Ukraynada həyatını itirən və yaralanan hərbçilərin ailələrinə dəstək üçün bir sıra tədbirlər həyata keçirib:

“Bununla belə, Rusiya ordusu əhəmiyyətli itkilər fonunda hərbi uğur qazana bilməyəcək. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkəmizdə yetim qalan uşaqların sayı daha da çox olacaq. Hərbi əməliyyatlar zamanı ölkəmizə böyük fayda verə biləcək gənclər əlil olur, ölürlər”.