Rus ekspert: Sərhəddə yalnız erməni təxribatı varbackend

Rus ekspert: Sərhəddə yalnız erməni təxribatı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiklərini təxribat adlandırmamaq çətindir. KTMT Ermənistanla Azərbaycan arasındakı vəziyyətə heç vaxt müdaxilə etməz. Vacib deyil, vəziyyət Qazaxıstanda qarışsın və yaxud hər hansı başqa yerdə – KTMT erməni provokasiyalarına reaksiya verməyəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı siyasi şərhçi Aleksandr Artamonov bölüşüb.

“Azərbaycanın mövqeyi aydındır və bu mövqe beynəlxalq hüquq, BMT-nin qətnamələri ilə təsdiqlənib. Nə Rusiya sülhməramlıları, nə də KTMT qüvvələri prosesə qarışacaqlar. Burada biz yalnız Ermənistan tərəfindən kobud təxribatdan danışa bilərik.

Qazaxıstan missiyasında Ermənistan hərbçilərinin gəlişi yalnız simvolik xarakter daşıyırdı. Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədridir. O göstərməli idi ki, Ermənistan KTMT-yə üzv olan digər ölkələrlə birlikdə əməliyyatlarda iştirak edir”, – deyə ekspert bildirib.