Rus hərbçiləri jurnalistləri GÜLLƏLƏDİbackend

Rus hərbçiləri jurnalistləri GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqindəki Syeverodonetsk şəhərində jurnalisləri daşıyan avtobus Rusiya ordusunun atəşinə məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Atəş nəticəsində agentliyin iki əməkdaşı yaralanıb, avtobusun sürücüsü həlak olub. Məlumata görə, fotoqraf Aleksandr Ermoçenko və operator Pavel Klimov xəstəxanaya aparılıb. Onların vəziyyətinin ölümcül olmadığı bildirilib.

Qeyd edək ki, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.
modern.az