Rus işğalçıların son sutkada İTKİLƏRİbackend

Rus işğalçıların son sutkada İTKİLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayevka, Novopavlovsk və Şirokoye yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemi, iri çaplı artilleriya və minaatanlarla atəşə tutublar.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Qara və Azov dənizlərindəki qasırğa nəticəsində lövbərdən iki mina qopub və güclü dalğa nəticəsində minalardan biri Odessa sahillərinə çatıb. Mütəxəssislərin fikrincə, mina sualtı qayığı zədələyib. Məlumata görə, digər mina isə Ukrayna hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Qeyd olunub ki, Ukraynanın müdafiəçiləri tərəfindən son sutkada Donetsk və Luqansk istiqamətində rəqibin 9 hücumunun qarşısı alınıb. Rusiyanın 2 tankı, 13 artilleriya sistemi, 8 zirehli döyüş maşını və 6 avtomobili məhv edilib. Məlumata əsasən, Rusiya hərbi qüvvələri Xerson, Nikolayevsk vilayətlərində hərbi texnika ilə yanaşı 70-ə yaxın canlı qüvvə itirib.