Rus jurnalist Xankəndini çəkdi: Ermənilərin qoyub qaçdığı ruhlar şəhəri – VİDEObackend

Rus jurnalist Xankəndini çəkdi: Ermənilərin qoyub qaçdığı ruhlar şəhəri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “MASH” internet kanalı Xankəndidən reportaj hazırlayıb.

NOCOMMENT baku.ws-ə istinadən xəbər verir ki, reportajda şəhərin tamamən boş olduğu görünür.

Mülki əhali evini tərk edib. Şəhərdə hərbçilər, bəzi məmurlar və az sayda jurnalist qalıb.

Jurnalist bildirir ki, hətta işıqforlar belə işləmir.

Küçədə insana rast gəlmək mümkün deyil. Bir sözlə Xankəndi “ruhlar şəhəri”nə çevrilib.

Rusiyanın “MASH” internet kanalının Xankəndidən hazırladığı reportajı təqdim edirik.