Rus kosmonavt kosmosda 1000 gün qalaraq rekord qırdıbackend

Rus kosmonavt kosmosda 1000 gün qalaraq rekord qırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roskosmos kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Yerə yaxın kosmosda qalmaq üzrə yeni rekorda imza atıb.

NOCOMMENT.az xəbər verir ki, o, ümumilikdə 1 min gün kosmosda olub.

Astronavt özü hesab edir ki, bu, kosmik tibb elminin inkişafına və gələcək planetlərarası uçuşlara hazırlığa mühüm töhfə olacaq. Onun sözlərinə görə, uzunmüddətli uçuşlar gələcək planetlərarası missiyalar üçün lazım olan insan imkanları haqqında anlayışı genişləndirməyə kömək edir.

O, həmçinin işindən qürur duyduğunu və kosmik tədqiqatların davamlı inkişafına inamını ifadə edib.

Kononenko qeyd edib ki, bu rekorda nail olmaq 15 illik peşəkar hazırlıq sayəsində mümkün olub. O, hazırda karyerasının bu ilin sentyabrında başa çatacaq beşinci kosmik missiyasındadır.

İyunun 21-də o, kosmosda 60 illik yubileyini qeyd edəcək və bir il davam edən ekspedisiyanı başa vurduqdan sonra kosmosda ümumi vaxtı 1110 gün olacaq.