Psixi pozğunluğu olan rus Moskvanın Kuntsevo rayonunda mənzil müfəttişliyini partladıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Evin 2-ci mərtəbəsində yaşayan kişi evin birinci mərtəbəsində yerləşən müfəttişliyin pəncərəsindən güclü fişəng atıb. Nəticədə şüşə partlayış dalğasından sınıb. Göstərilən vaxt otaqda adam olmadığından insident nəticəsində ölən olmayıb.
Qeyd olunur ki, saxlanılan şəxs psixonevroloji dispanserdə qeydiyyatdadır və qonşuları tərəfindən daimi xuliqanlıqda ittiham olunur. Hazırda onunla hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Dekabrda bankda fişənglərin yandırılmasından sonra Leninqrad vilayətində terrora cəhdlə bağlı cinayət işi açılıb.