Rus milyarder Qazaxıstan vətəndaşı oldubackend

Rus milyarder Qazaxıstan vətəndaşı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə 2022-ci ildə Rusiyanın “Forbes” siyahısına adı düşən “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov Qazaxıstan vətəndaşı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Forbes”ə onun nümayəndəsi məlumat verib.

Faktı biznesmenin özü də təsdiqləyib. İyunun 9-da Turlov “Instaqram” hesabında Qazaxıstan pasportu aldığını açıqlayıb. Milyarder bunun üçün Rusiya vətəndaşlığından imtina edib.

Bildirilir ki, Qazaxıstan ona ikinci vətəndaşlıq almağa icazə verməyib, ona görə də iş adamı həm Rusiya pasportundan, həm də Karib dənizi Sen-Kits və Nevisin pasportundan imtina etməli olub.

Teleqraf