Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Kuraxovo şəhərinin qərb hissəsində düşmənlə sərt döyüşlər aparır, ona görə də rus işğalçıların şəhərə tam nəzarətindən söhbət gedə bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Xortitsa Əməliyyat-Strateji Qoşunlar Qrupunun nümayəndəsi Viktor Trequbov məlumat verib.
“Şəhərdə müdafiə davam edir. Bəli, çətindir. İndi onlar şəhərin qərb hissəsindədir. Amma bizim bölmələrimiz hələ də oradadır və hələ də döyüşürlər”, – V.Trequbov qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kuraxovo şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.\\Axar.az