Rus işğalçıları cümə axşamı, iyunun 29-da Xersonu atəşə tutublar.
Bu barədə NOCOMMENT.az Xerson OVA-nın rəhbəri Aleksandr Prokudinin Teleqramına istinadən xəbər verir.
“Rusiya Federasiyasının ordusu şəhərin yaşayış məhəllələrini növbəti dəfə atəşə tutub”,- o bildirib.
Onun sözlərinə görə, yaşayış binaları, tibb müəssisəsi, xidməti avtomobil, eləcə də “Yenilməzlik nöqtəsi”nin yerləşdirildiyi şəhər məktəbi düşmən tərəfindən vurulub.
İlkin məlumata görə, atəş nəticəsində iki mülki şəxs yaralanıb.
“34 və 51 yaşlı kişilər bədən üzvləri və üzlərində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər”, – Prokudin əlavə edib.
NOCOMMENT