Rus ordusundan ŞOK – ukraynalı əsgərləri ağaca bağlayıb… (18+ VİDEO)backend

Rus ordusundan ŞOK – ukraynalı əsgərləri ağaca bağlayıb… (18+ VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçilərinin ukraynalı əsirlərə qarşı qeyri-insani rəftarı ilə bağlı görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda Ukrayna əsgərlərinin Rusiya ordusu tərəfindən ağaca bağlandığı və üzərlərinə təhqiredici ifadələrin yazıldığı iddia olunur.

NOCOMMENT.az xəbər verir ki, yayılan görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub və insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib. İddialara görə, hadisə zamanı əsirlərə qarşı fiziki və psixoloji təzyiq göstərilib.

Məlumata əsasən, bu görüntülər beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənilir və müharibə zamanı əsirlərlə davranış qaydalarının pozulması kimi dəyərləndirilir. Ekspertlər bildirirlər ki, belə hallar beynəlxalq humanitar hüquqa ziddir və müvafiq araşdırma aparılmalıdır.

Sara