Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkibbackend

Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Azərbaycan və Türkiyə ilə həmsərhəd bölgəsinə səfər edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Məlumatda qeyd olub ki, diplomat və ailəsi Ararat bölgəsinə səfər edib.

Səfər zamanı səfir Kopırkin Ermənistan sərhədinin müəyyən hissələrinə də baş çəkib.

O, Yerasx kəndində Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin Ararat sərhəd dəstəsinin rus və erməni sərhədçiləri ilə görüşüb.

Yerasx kəndi Azərbaycanın Heydərabad kəndi (Sədərək rayonu) və Türkiyə ilə sərhəddə yerləşir.