Rus senator erməniləri məyus etdi: Bakı özü bilər!backend

Rus senator erməniləri məyus etdi: Bakı özü bilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları azərbaycanlılara bu və ya başqa əraziyə daxil olmağı qadağan edə bilməz.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzetinə açıqlamasında Rusiya Federasiya Şurasının üzvü Frans Klinçeviç Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı məsələni şərh edərkən deyib.

“Orada bu ərazilərlə bağlı razılaşma var. Provokasiya ilə məşğul olmayın. Açıq yazılıb ki, rus sülhməramlıları nə etməlidir və inanın ki, onlar etməli olduqlarını edirlər”, – deyə senator Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Söyüdlü yatağına girməsinin qarşısını almaq üçün Rusiya sülhməramlılarının “heç nə etmədiyi” haqda suala cavab olaraq bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Ordusunun xüsusi təyinatlıları Söyüdlü qızıl yatağı ərazisinə gələrək, erməni hərbi dəstələrinin buradan çıxmasını tələb ediblər. Bu xəbər Ermənistanda böyük səs-küyə səbəb olub. Bunun ardınca Ermənistan rəsmi şəkildə bu yatağın bir hissəsinin həqiqətən Azərbaycan ərazisi olduğunu və hazırda sərhədin demarkasiyasının aparıldığını bildirib.