Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? – Peskovbackend

Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilməsi və hazırda rus sərhədçilərin bu postlardan geri çəkilməsi məsələsinə toxunan Peskov vurğulayıb ki, bu da müzakirə ediləcək:

“Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.