Rus sülhməramlılar separatçıların istəyini rədd etdilərbackend

Rus sülhməramlılar separatçıların istəyini rədd etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər.

Lakin Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu, həm də azərbaycanlıların tələbidir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Aksiya iştirakçıları ilə qondarma rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyan və Xankəndidə olan separatçılar (özlərini deputat adlandırırlar) danışmaq istəyiblər. Onların istəyi rədd edilib və ümumiyyətlə, aksiya istiqamətinə getməyə icazə verilməyib”, – deyə məlumatda bildirilib.

Rus sülhməramlıları isə aksiyanı zorla dayandırmayacaqlarını deyiblər. “Yuxarıdan göstəriş aldıqdan sonra nə edəcəyimizi biləcəyik”, – deyə onlar qeyd ediblər.

Xatırladaq ki, ötən gün Xankəndidə özlərini deputat adlandıran bir qrup terrorçu aksiya keçirilən əraziyə gəlməyə cəhd etsə də, sülhməramlılar onları buraxmamışdılar.