Rus sülhməramlıları erməniləri təhqir edir – Arşakyanbackend

Rus sülhməramlıları erməniləri təhqir edir – Arşakyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni jurnalisti Tevos Arşakyan “armenianreport.com” saytında “Arsaxdakı rus sülhməramlısı: dost deyil, işğalçıdır” adlı məqalə ilə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, müəllif yazır Rusiya üçün önəmli ərazidə Qarabağ ermənilərinin “gərəksiz əhali” olduğunu yazıb: “Bizim üçün Azərbaycanın və ya Rusiyanın işğalında olmağın nə fərqi var ki!”

Qarabağ ermənilərinin Rusiya sülhməramlılarına sevinclə qucaq açdığını vurğulayan müəllif bidirib: “Bizə cəmi 6 ay lazım oldu ki, həqiqəti başa düşək. Ruslar “Qarabağ xalqı”nı xilas etmək üçün yox, Moskvanın bölgədəki rolunu gücləndirmək üçün gəliblər”.

Erməni jurnalist qondarma və keçmiş “dqr”in rus dilinə “dövlət dili” statusu verməsini də yanlış sayır. Bildirir ki, tezliklə rus dili burada erməni dilini gərəksiz edəcək:

“Dqr”də artıq hər kəs yaxşı başa düşür ki, Araik Arutyunyan və Vitali Balasanyan daha söz sahibi deyil. Onların səlahiyyətləri onların kabinetindən kənarda keçmir. Bütün məsələlərdə, hətta sosial məsələlərdə belə onlar sülhməramlıların rəhbərliyinin razılığı ilə hərəkət etməlidirlər. Görünür, ruslar belə hesab edirlər ki, “Qarabağ xalqı”nın bu qədər alçaldılması hələ də yetərli səviyyədə deyil”.

Erməni jurnalistin fikrincə, Azərbaycan vətəndaşları keçmiş Dağlıq Qarabağ ərazisində hərəkət etmək üçün Rusiya sülhməramlılarından istifadə edirlər.

Ruslar Qarabağ ermənilərinə deyirlər ki, yaxşı olar ki, azərbaycanlılar yoldan keçəndə siz evdən çölə çıxmayasız. “Qırmızı Bazar” deyilən ərazidən keçən yolla bağlı bu kimi hadisələrin bir gündə bir neçə dəfə olmasını qeyd edən müəllif hesab edir ki, rusiyalı sülhməramlılar ancaq azərilərin haqqını qoruyur, ermənilərə isə məhəl qoymur. Məsələn, rusiyalı sülhməramlılar erməni maşınlarını saxlayırlar, Azərbaycan maşın karvanına yol verirlər. Bəzən ermənilər 20 dəqiqəyə qədər maşında gözləməli olurlar.

Məqalənin sonunda deyilir ki, rusiyalılar təkcə Qarabağda özlərini belə aparmırlar. Gümrüdəki Rusiya hərbi bazası da Ermənistanı qorumaq məqsədi daşımır: “Biz “strateji müttəfiq”imizin qoruması altında deyilik”.

musavat.com