Rus Teatrı bundan sonra “Südalinna Teatrı” adlanacaqbackend

Rus Teatrı bundan sonra “Südalinna Teatrı” adlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tallinndəki Rus Teatrının adı dəyişdirilərək Südalinna Teatrı adlandırılıb.. Müvafiq sərəncamı Estoniyanın mədəniyyət naziri Heydi Purqa imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, иu barədə Estoniya xəbər agentliyi ERR məlumat yayıb.

Teatrın yeni adı eston dilində “Şəhərin ürəyi” mənasını verir.

“Ad dəyişikliyi ilə yanaşı, müəssisənin nizamnaməsinin yeni redaksiyası da təsdiqlənib”, – deyə estoniyalı jurnalistlər bildiriblər.

Teatr hələ də ölkədə tamaşaların rus dilində göstərildiyi yeganə fəaliyyət göstərən mədəniyyət müəssisəsi olaraq qalır. Teatrın direktoru Anneli Pyayv daha əvvəl bildirib ki, rus klassiklərinin əsərləri teatrın repertuarında qalacaq.

Qeyd edək ki, Estoniya Rus Teatrı qeyri-rəsmi şəkildə adını 2025-ci il iyunun 10-da artıq “Südalinna Teatrı” olaraq dəyişmişdi.