Rusiya ordusunun zabiti Şuşada minaya düşüb.
NOCOMMENT.azxəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb.
Məlumata görə rus hərbçisi ermənilərin basdırdığı minanın partlaması nəticəsində həlak olub.