Rusiya 25 günlük fasilədən sonra Kiyevə növbəti hava zərbəsi endiribbackend

Rusiya 25 günlük fasilədən sonra Kiyevə növbəti hava zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, 25 günlük fasilədən sonra Rusiya ordusu paytaxt Kiyevə növbəti hava hücumu həyata keçirib.

NOCOMMENT xəbər verir ki, Popko sosial media hesabından verdiyi açıqlamada rusların gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini bildirib. 25 gündən sonra Rusiyanın Kiyevdə növbəti hava hücumuna məruz qaldığını qeyd edən Popko, “Düşmənin taktikası dəyişmədi. Qaranlıq düşməsiylə terror ölkəsi şimalda İHA-ları işə saldı” deyib. Popko Rusiyanın hücumlarda yeni aldığı İran mənşəli İHA-lardan istifadə etdiyini iddia edərək, ümumilikdə 8 İHA-nın aşkar edilərək vurulduğunu qeyd edib.

Hücumlarda can itkisi və dağıntı olmadığını ifadə edən Popko, insanların həyatını və mülki infrastrukturu xilas etdiyi üçün Ukrayna hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib. Digər tərəfdən, Ukrayna Baş Qərargahının sosial media hesabından edilən açıqlamada Rusiya ordusunun son sutkada Ukraynaya 23 hava hücumu təşkil etdiyi bildirilib. Rusların gecə hücumlarında 10-a yaxın “Şahed-136” kamikadze İHA-dan istifadə etdiyinə diqqət çəkən açıqlamaya görə, onlardan 8-i vurulub.

Bəyanatda qeyd olunub ki, Rusiya qüvvələri Ukrayna qoşunlarının mövqeləri və yaşayış məntəqələrini hədəfə alan tank əleyhinə sistemlərdən 49 atəş açıb. Dinc sakinlər arasında ölən və yaralananların olduğu bildirilən açıqlamaya görə, mülki infrastruktur obyektlərinə ziyan dəyib.