Rusiya 500 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edirbackend

Rusiya 500 ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Barak Obama da daxil olmaqla 500 ABŞ vətəndaşının sanksiya siyahısında olduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ABŞ-ın dəfələrlə Rusiya rəsmiləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdiyi bildirilib.

Buna cavab olaraq açıqlamada 500 ABŞ vətəndaşına qarşı sanksiya qərarı alındığı, sözügedən adların Rusiyaya girişinin qadağan edildiyi bildirilib.

Bəyanatda sanksiya siyahısına daxil edilən 500 nəfərin adı yer alıb.

Siyahıya ABŞ-ın keçmiş prezidenti Obama, senat və konqres üzvləri, Rusiya haqqında yalan məlumat yaydıqlarına görə ekspert və analitiklər, silah daşımaları səbəbiylə müdafiə sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri də daxil olmaqla siyasi rəsmilər yer alıb.

Rusiyaya qarşı hər hansı “düşməncəsinə” hərəkətin cavabsız qalmayacağı vurğulanan bəyanatda Rusiya xarici işlər naziri Sergey Lavrovun daha əvvəl Nyu-Yorkda iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasını izləmək üçün rus jurnalistlərə Amerika vizası verilmədiyi xatırladılıb.

Açıqlamada, ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada casusluq ittihamı ilə həbs edilən amerikalı jurnalistə baş çəkmə tələbinin rədd edildiyi bildirilib.