Rusiya 9 Finlandiyalı diplomatı ölkədən çıxarırbackend

Rusiya 9 Finlandiyalı diplomatı ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Finlandiya hökumətinə cavab olaraq 9 diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Moskva səfirliyi və Sankt-Peterburq Baş Konsulluğunda fəaliyyət göstərən 9 finlandiyalı diplomatın persona non-qrata elan edildiyi və deportasiya ediləcəyi bildirilib.

Bəyanatda həmçinin Finlandiyanın “qarşıdurma” siyasətinə cavab olaraq St. Sankt-Peterburq Baş Konsulluğunda fəaliyyətin dayandırılacağı da bildirilib.

Qeyd edək ki, Finlandiya iyunun 6-da Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluq fəaliyyəti ilə məşğul olduqlarını əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.

NOCOMMENT.AZ