Rusiya-ABŞ danışıqlarının tarixi açıqlanıbbackend

Rusiya-ABŞ danışıqlarının tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi aprelin 10-da İstanbulda gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.

“Görüş ayın 10-na planlaşdırılıb”, – agentliyin mənbəsi qeyd edib.

Bundan bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyi iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılmasına həsr olunmuş Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundunun İstanbulda keçiriləcəyini açıqlamışdı. Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev rəhbərlik edəcək.

İştirakçıların formatı və tərkibi dəyişməz qalacaq. ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Sonata Kulter rəhbərlik edəcək.