“Rusiya ABŞ ilə iki ölkə liderləri arasında razılaşmalar çərçivəsində əsirlərin mübadiləsinə dair dialoqu davam etdirməyə hazırdır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Vaşinqton mütəmadi olaraq özünün razılaşdığı, lakin Moskvanın əməkdaşlıq etmədiyi ilə bağlı bəyanatlar verir.
Bu cür bəyanatlar prezidentlərin razılaşmalarına ziddir. Rusiya razılaşmalara sadiqdir və dialoqu prezidentlər Vladimir Putin və Co Baydenin razılaşdırdıqları şəkildə və formada davam etdirməyə hazırdır.