Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpası rəsmi təmaslara təkan verərdi.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, ölkələr arasında birbaşa aviareyslərin açılması imkanını Rusiyanın ABŞ- dakı səfiri Aleksandr Darçiyev şərh edib.
Yüksək rütbəli diplomatın sözlərinə görə, İstanbuldakı məsləhətləşmələrdə Moskva praktiki şəkildə Vaşinqtonla birbaşa hava əlaqəsinin bərpası məsələsini qaldıracaq.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası planları ilə bağlı heç bir açıqlama eşitmədiyini bildirib.