Rusiya ABŞ-nin seçki proseslərinə müdaxilə edir? – AÇIQLAMAbackend

Rusiya ABŞ-nin seçki proseslərinə müdaxilə edir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-nin seçki proseslərinə heç vaxt müdaxilə etməyib və indi də müdaxilə etmək niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-nin seçki debatlarının Rusiya gündəmi ilə heç bir əlaqəsi yoxdur. Peskov Kremlin ABŞ-də seçki debatları zamanı verilən bəyanatlarla tanış olacağını da söyləyib.

Kremlin sözçüsü Fransada seçki kampaniyasından da danışıb və qeyd edib ki, Fransadakı seçki kampaniyasının nəticəsi Moskvanı maraqlandırır, lakin bu, Parisin daxili işidir.