Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxladıbackend

Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb.

Xarici dövlət və ya beynəlxalq xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.

ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını açıqlayıb.

Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.

NOCOMMENT.AZ