Ötən il ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 3,5 milyard dollara düşüb ki, bu da 1992-ci ildən bəri ən aşağı səviyyədir.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Amerika statistika xidmətinin məlumatına istinadən məlumat yayıb.
2024-cü ildə Rusiyadan ABŞ-a ixrac 3 milyard dollar təşkil edib, Amerikadan Rusiyaya tədarük isə 526 milyon dollara düşüb.
Əvvəllər ekspertlər Rusiyanın Çin-Amerika tariflərindən faydalana biləcəyini deyirdilər.