Rusiya Almaniya ilə toqquşmaya hazırdır – Volodinbackend

Rusiya Almaniya ilə toqquşmaya hazırdır – Volodin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniyanın hakim elitası Rusiya ilə toqquşmaya səbəb yaradır”.

NOCOMMENT.az Teleqrafa istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bundestaqın prezidenti Yuliya Klöknerə və Almaniya parlamentindəki siyasi fraksiyaların rəhbərlərinə müraciətində deyib.

O bildirib ki, ölkəsi Almaniya ilə toqquşmanı istəmir, ancaq buna hazırdır:

“Almaniyada mövcud hakim elita vəziyyətin gərginləşməsi üçün ilkin şərait yaradır, ölkələrimiz arasında toqquşmalara səbəb olur. Almaniya xalqının bunu istəyib-istəməməsi məlum deyil. Bizsə bunu istəmirik. Amma bu, baş verərsə, hazırıq”.