Rusiya AST Telmana görə Monteneqroya nota verdibackend

Rusiya AST Telmana görə Monteneqroya nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə Federasiyaya giriş qadağası tətbiq edir.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyindən nota göndərilib.

Qeyd edilir ki, müvafiq tədbir Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə – iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.

Xatırladaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.