Rusiyanın “Red Wings” aviaşirkəti uçuş qabiliyyətinin bərpası prosedurundan keçmiş yerli Tu-214 və Tu-204 təyyarələri ilə xaricə uçmağa hazırlaşır.
NOCOMMENT.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Red Wings” ASC-nin Donanma İdarəsi üzrə baş direktor müavini Yekaterina Ruxlova məlumat verib .
Onun sözlərinə görə, bu, 2024-cü ilin fevralında baş verə bilər. Ruxlova bildirib ki, aviadaşıyıcı bu təyyarələrlə Azərbaycan , Gürcüstan və İsrailə uçuşlara başlamağı planlaşdırır.
Dekabrın əvvəlində Rusiyanın Yakutiya aviaşirkəti bilet satışına başlayıb.