Rusiya Avropanı niyə qabaqladı? Soçi görüşünün pərdəarxasıbackend

Rusiya Avropanı niyə qabaqladı? Soçi görüşünün pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, Brüsseldə hər hansı bir sənəd imzalanmayacaq. Belə anlaşılır ki, bu görüş, sırf təşəbbüsü ələ almaq məqsədi daşıyır.

Belə bir vaxtda Rusiyanın Avropanı “qabaqlaması” nə ilə bağlıdır? Soçidə hansısa ciddi sənədin imzalanması mümkündürmü? Bu baş verə bilər? Xatırladaq ki, erməni müxalifəti dünəndən bəri hay-həşir salır ki, ortada gizli sənədlər var. Sözügedən o “gizli sənədlər” Soçidə aşkara çıxa bilərmi?

NOCOMMENT xəbər verir ki, yenisabah-la fikirlərini bölüşən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli bildirib ki, ortada hansısa gizli bir sənəd yoxdur. O qeyd edib ki, hər bir dövlət bölgədə özünün geostrateji maraqlarını həyata keçirməyə çalışır:

Rusiya da bölgənin dominant ölkəsidir və Cənubi Qafqazı da özünün “arxa bağçası” hesab edir. Xüsusilə də Ermənistanla hərbi-siyasi ittifaq haqqında 50 illik sazişi, KTMT vasitəsilə hərbi müttəfiqlikləri var və s. Ona görə də, Rusiya özünün “arxa bağçasına” kimsəni, xüsusilə də, Amerikanı buraxmaq istəmir”.

Q.Hüseynli əlavə edib: “Fransa da çox açıq-saçıq, eyni zamanda iyrəndirici bir mövqe sərgiləməkdədir. O nöqteyi-nəzərdən Fransanın hərəkətləri, artıq Avropa ölkələrinin özlərini də iyrəndirməkdədir.

Brüssel görüşü ərəfəsində 2 dəfə Vladimir Putin Nikol Paşinyanla telefon əlaqəsi saxladı, onunla demək olar ki, bütün məsələləri müzakirə etdi. Güman edirəm ki, bu telefon zəngləri bütünlüklə Brüssel görüşü ətrafındakı məsələlərin müzakirəsinə həsr edilib.

Rusiya Brüssel görüşündən qıcıqlanıb və bilir ki, Brüssel görüşünün təşkil edilməsində Paşinyan və onu müdafiə edən adamların – Emmanuel Makron və Şarl Mişelin xüsusi səyləri olub. Hər ikisi fransızdır və hər ikisi çəkici bir zindana vururlar. Onlar Qarabağın dağlıq hissəsindəki erməni separatçıları ilə bağlı müəyyən vədlər veriblər və bunu da açıq-saçıq surətdə edirlər. Üstəlik də, Azərbaycanın əleyhinə olan addımlarını da gizlətmədən ikiüzlü bir formada bunu həyata keçirirlər”.

Politoloq iddia edib ki, Fransanın səfiri Ağdama səfər edən zamanda, elə həmin gün Qarabağın dağlıq hissəsindəki separatçıların nümayəndələri Fransa senatında qəbul edilir: “Bu hansı dinə, məhzəbə sığan bir hərəkətdir? Tanınmayan bir qurumun, Azərbaycanın suveren ərazilərində işğal nəticəsində yaranan və Azərbaycan mərkəzi hakimiyyətinə qarşı qiyam qaldırmış bir rejimin Fransa Senatında qəbul edilməsi nələrdən xəbər verir? Fransa niyə bu cür həyasızlıq və beynəlxalq hüquq normalarına etinadsızlıq nümayiş etdirir? Sən hansı mənəvi-haqla yenidən ATƏT-in Minsk qrupunu dirçəltmək istəyirsən? Biz ATƏT-in Minsk qrupunu qəbul etmirik”.

Ermənilərin “gizli sənəd” iddiasına gəldikdə isə siyasi analitik əlavə edib: “O ki qaldı gizli sənədlərə, əvvəla gizli sənədlər yoxdur. Söhbət kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası məsələləri üzərində fokuslanıb. Bunların hər ikisi də Ermənistan üçün həyati əhəmiyyətə malikdir. Kommunikasiyaların açılmasında Rusiyanın da strateji maraqları reallaşır, amma ilk növbədə bu Ermənistanın strateji maraqlarının reallaşmasına yardım edir.

Gəlin, bu məsələ ətrafında illüziyalara qapılmayaq. Ermənilərin özlərini naz-qozla aparıb bizə minnət etməsinə imkan yaratmayaq. Açmırsan, heç açıqlama. Qal blokadada, canın çıxsın.

Hansı gizli sənəddən söhbət gedir? Nə gizli sənəd ola bilər ki, siz bizim torpaqları qəsb etmisiniz, siz bizim torpaqlarda separatçı qüvvələrə dəstək vermisiniz və hələ də verirsiniz, siz bizim torpaqları işğal edib oranın varını-dövlətini qamarlayıb, talan edib aparıbsınız. Daşını, daş üstündə qoymamısınız. Bizim tarixi-mədəni abidələrimizi dağıtmısınız, dini inanc yerlərimizdə bizi təhqir edən heyvanlar saxlamısınız və o dini ibadətxanaların çoxunu da yerlə-yeksan etmisiniz. Sizin hərəkətlərinizə mədəni dünya deyilən yür kürəsi obyektiv qiymət versə, sizin bu dünyada yaşamağa belə mənəvi haqqınız yoxdur. Çünki bu torpaqlarda o qədər vəhşilik və sivilizasiyaya zidd olan addımlar atmısınız ki, bunları bir kağıza yazıb cəmləşdirmək mümkün deyil. Burada gizli heç bir sənəd yoxdur, olmayacaqda. Biz qalib ölkəyik və biz öz qanunlarımızı diktə edirik hazırda”.