Rusiya Azərbaycanla Ermənistan arasında sülh üçün kömək etməyə hazırdırbackend

Rusiya Azərbaycanla Ermənistan arasında sülh üçün kömək etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maksimum köməklik göstərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. Rusiyanın bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işlədiyini və fəaliyyətini davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, Moskva regionda sabit sülhün olmasında maraqlıdır və münasibətlərin normallaşması prosesini dəstəkləyir. Kopırkin ölkəsinin sülh sazişinin imzalanması, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə işləməyə hazır olduğunu vurğulayıb.

Səfir müvafiq üçtərəfli strukturlar yaradıldığını, Rusiyanın bu prosesdə fəal iştirak etdiyini də qeyd edib.