Rusiya Azərbaycanla müzakirələr aparıbbackend

Rusiya Azərbaycanla müzakirələr aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində belə deyilir ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RMK) komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

NOCOMMENT.az bu barədə TASS-a istinadla xəbər verir.

“RMK komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minatəmizləməsinin razılaşdırılması məsələləri ilə bağlı danışıqlar aparılıb”, – bülletendə deyilir. .

Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.