Rusiya Bayden və Blinkeni qara siyahıya saldıbackend

Rusiya Bayden və Blinkeni qara siyahıya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-a qarşı yeni əks-sanksiyalar tətbiq edib.

NOCOMMENT.az Axar.az-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 963 vətəndaşının ölkəyə girişini qadağan edib.

Siyahıdakı şəxslər arasında ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken, vitse-prezident Kamala Harris, ABŞ Prezidentinin oğlu Hanter Bayden, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və digərləri var.

Rusiya XİN bildirib ki, ABŞ-ın “düşmənçilik hərəkətləri” bundan sonra da lazımi şəkildə cavablandırılacaq.

Eyni zamanda, Rusiya Kanadaya qarşı da əks-sanksiyalar tətbiq etməyi planlaşdırır. XİN-in bununla bağlı bəyanatında deyilir ki, Rusiya cavab tədbiri olaraq, yaxın vaxtlarda 26 Kanada vətəndaşına, o cümlədən Kanada Baş nazirinin xanımına, hərbi hava, hərbi dəniz qüvvələrinin və quru qoşunlarının komandanlığına qarşı sanksiya tətbiq edəcək. Onlara Rusiyaya giriş qadağan olunacaq.